Əsas Səhifə > Bölgə > Biləsuvarın sabiq icra başçısının cəzası azaldıldı - QƏRAR
Biləsuvarın sabiq icra başçısının cəzası azaldıldı - QƏRAR28-06-2024, 13:08 |
![]() Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin də həbs müddəti azaldılıb. Rubrika.Az "Report"a istinadla xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə Ali Məhkəmədə keçirilən prosesdə onun cəzası 8 il 3 aya endirilib. Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Rubrika.Az Geri qayıt |