Əsas Səhifə > İdman > Türkiyə Superkuboku: "Qalatasaray" - "Beşiktaş" matçının keçiriləcəyi tarix və məkanı açıqlanıb

Türkiyə Superkuboku: "Qalatasaray" - "Beşiktaş" matçının keçiriləcəyi tarix və məkanı açıqlanıb


11-07-2024, 22:36
Türkiyə Superkuboku: "Qalatasaray" - "Beşiktaş" matçının keçiriləcəyi tarix və məkanı açıqlanıb

"Qalatasaray" və "Beşiktaş" arasında Türkiyə Superkubokunun final matçının keçiriləcəyi tarix və məkan bəlli olub.

Rubrika.Az "Report"a istinadla xəbər verir ki, qarşılaşma avqust ayının 3-ü, İstanbuldakı “Atatürk” Olimpiya Stadionunda baş tutacaq.
Matçın start fiti Bakı vaxtı ilə 21:45-də səslənəcək.
Qeyd edək ki, ötən mövsüm "Qalatasaray" Türkiyə Superliqasının qalibi, "Beşiktaş" isə ölkə kubokunun sahibi olub.

Rubrika.Az
Geri qayıt