Əsas Səhifə > Manşet > Qobustan rayon Mərkəzi Xəstəxanası Bakıya gedən yolları "bağladı" - sakinlər üçün daha bir asan xidmət...

Qobustan rayon Mərkəzi Xəstəxanası Bakıya gedən yolları "bağladı" - sakinlər üçün daha bir asan xidmət...


24-07-2024, 11:03
Qobustan rayon Mərkəzi Xəstəxanası Bakıya gedən yolları "bağladı" - sakinlər üçün daha bir asan xidmət...

Qobustan rayonu Bakıdan uzaq olmasa da, yerli camaat bir sıra işlərinin həlli üçün paytaxta getməyə məcbur qalır. Elə onlardan biri əməliyyat olunmaq məqsədi ilə Bakı xəstəxanalarına üz tutmaq idi. Əlbəttə, bunun yol xərci, yol əziyyəti də xəstə üçün ikiqat çətinlik yaradır. Bundan sonra isə belə bir problem olmayacaq. Əvvəla, heç bir vətəndaşımızın əməliyyata ehtiyacı olmasın, bu bir arzudur, amma reallıq odur ki, insanlar əməliyyat üçün xəstəxanalara müraciət edirlər.

Qobustan rayon Mərkəzi Xəstəxanası Bakıya gedən yolları "bağladı" - sakinlər üçün daha bir asan xidmət...

Qobustan camaatı artıq bu məsələdə TƏBİB və rayon Mərkəzi Xəstəxanasının sayəsində rahatlığını tapa bildi. İndi Qobustan rayon Mərkəzi Xəstəxanası travmotoloji əməliyyatların icrasına başlanıb. Bu, həm TƏBİB-in regionlarda apardığı tədbirlərin nəticəsidir, həm də Qobustan səhiyyəsinin uğurudur. Müasir avadanlıqlara, maddi-texniki bazaya və peşəkar personala malik olan Qobustan RMX travmotoloji əməliyyatlara başlamaqla növbəti tibbi uğura imza atıb.

Qobustan rayon Mərkəzi Xəstəxanası Bakıya gedən yolları "bağladı" - sakinlər üçün daha bir asan xidmət...

Əslində, kiçik bir rayon üçün onun səhiyyə xidmətində böyük nəticədir. Qobustan RMX bu nailiyyətə müvəffəq olmaqla yerli insanları Bakının yollarından, xəstəxanalarından xilas etmiş olur. Odur ki, qobustanlılar öz cərrahlarına, travmotoloqlarına, ümumilikdə mərkəzi xəstəxanın işinə etibar edə bilərlər. Xüsusən də bu ilin martında Qobustan RMX-na Günay Muradovanın direktor təyin olunması bir çox müsbət dəyişikliklərə səbəb olub. Günay Muradova bu təyinatadək 2020-ci ildən TƏBİB-in Tibbi sığorta departamentinin Tibbi göndərişlər şöbəsinin baş məsləhətçi vəzifəsində çalışıb.

Qobustan rayon Mərkəzi Xəstəxanası Bakıya gedən yolları "bağladı" - sakinlər üçün daha bir asan xidmət...

Ona TƏBİB-icraçı direktoru Vüqar Qurbanov ciddi etimad göstərib və Qobustan RMX-na direktor təyin olunub. G. Muradova vəzifəsinə başladığı bir neçə ay ərzində köklü islahatlar aparıb, xəstəxana daha da, modernləşib, xəstələrin qəbulu, onlara diqqət göstərilməsində xidmət keyfiyyəti yüksəlib, həkim məsuliyyəti daha da artıb, vətəndaşlar icbari tibbi sığortanın verdiyi imkanlardan istifadə edir, bir sözlə, Qobustan səhiyyəsi özünün yeni inkişaf dövrünə qədəm qoyub. Bunu da son olaraq təsdiqləyən fakt travmotoloji əməliyyatların başlanmasıdır. Yeri gəlmişkən, ilk əməliyyat aparılıb. Belə ki, tibb müəssisəsinə müraciət edən Qobustan sakini, 1990-ci il təvəllüdlü pasiyentə sol qamış sümüyünün orta 1/3-nin qapalı sınığı diaqnozu qoyulub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin üzərində qamış sümüyünün metal osteosintezi əməliyyatı icra olunub. Əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.
Əməliyyat xəstəxananın travmatoloq-ortoped-
cərrahı Fuad Ağayev və həkim-travmotoloq-
ortopedi Mirzəzadə Elcan tərəfindən həyata keçirilib.

Qobustan rayon Mərkəzi Xəstəxanası Bakıya gedən yolları "bağladı" - sakinlər üçün daha bir asan xidmət...

Əməliyyatdan sonra pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir. Pasiyentin vəziyyəti stabil qiymətləndirilir.

Qobustan rayon Mərkəzi Xəstəxanası Bakıya gedən yolları "bağladı" - sakinlər üçün daha bir asan xidmət...

Göründüyü kimi, Qobustan RMX-da kifayət qədər professional həkimlər, ortoped-cərrahlar çalışır və ilk əməliyyat da uğurlu alınıb. Bu faktın özü də Qobustan camaatında inamı gücləndirəcək və onlar Bakının xəstəxanalarına, klinikalarına müraciət etməyə lüzum görməyəcəklər. Bundan daha əvvəl isə Qobustan xəstəxanasında göz əməliyyatlarına başlanıb. Yəni getdikcə xidmət sahəsi genişlənir.
Təbii ki, Qobustan RMX bununla fəaliyyətini məhdudlaşdırmaq niyyətində deyil, artıq qarşıya qoyulan yeni hədəflər, planlar, inkişaf proqramları var. Onların hərbi biri Qobustan sakinlərinin rahatlığını, sağlamlığını təmin etməyə, rayon xəstəxanasında tibbi xidmətin səviyyəsini və arealını genişləndirməyə hesablanıb. O baxımdan Qobustan RMX-da direktor G.Muradova başda olmaqla bütün tibbi personal var gücü və enerjisi ilə səfərbər olub ki, respublika üzrə nümunəvi tibb müəssisələrindən biri kimi fərqlənməyə davam etsinlər...

Qobustan rayon Mərkəzi Xəstəxanası Bakıya gedən yolları "bağladı" - sakinlər üçün daha bir asan xidmət...

Onu da deyək ki, 90 çarpayılıq Qobustan rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlığın hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərir.

Qobustan rayon Mərkəzi Xəstəxanası Bakıya gedən yolları "bağladı" - sakinlər üçün daha bir asan xidmət...

Həmidə Məmmədova

Rubrika.Az
Geri qayıt