Əsas Səhifə > Dünya > "Tramp prezident seçilsə, Rusiya ilə bağlı mövqeyi Baydendən fərqlənməyəcək" - Kreml
"Tramp prezident seçilsə, Rusiya ilə bağlı mövqeyi Baydendən fərqlənməyəcək" - Kreml26-07-2024, 14:55 |
|
Donald Tramp yenidən prezident seçilsə onun ölkəmizlə bağlı mövqeyi sələfindən fərqlənməyəcək. RUBRİKA.AZ-ın RİA “Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, 77 yaşlı D. Trampın ABŞ-nin “rusofob” siyasi elitasını təmsil etdiyini vurğulayıb. Bildirib ki, məhz buna görə o seçildikdən sonra rəsmi Vaşinqtonun anti-Rusiya siyasətində hər hansı dəyişikliyin olacağını düşünmür. RUBRİKA.AZ Geri qayıt |