Əsas Səhifə > Cəmiyyət > Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ1-08-2024, 18:53 |
|
Azərbaycanın rayonlarında avqustun 2-4-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. RUBRİKA.AZ Geri qayıt |