Əsas Səhifə > Dünya > HƏMAS liderinin qətli ilə bağlı yeni məlumatlar - Həniyə iranlılar tərəfindən öldürülüb?
HƏMAS liderinin qətli ilə bağlı yeni məlumatlar - Həniyə iranlılar tərəfindən öldürülüb?2-08-2024, 14:35 |
|
HƏMAS rəhbəri İsmayıl Həniyənin “Mossad”a bağlı olan iranlılar tərəfindən öldürüldüyü bildirilir. Bu barədə Səudiyyə Ərəbistanının" "Al-Ain" nəşri adını açıqlamadığı İraq siyasətçisinə istinadla məlumat yayıb. Məlumata görə, iraqlı siyasətçi SEPAH-ın İsmayıl Həniyənin öz iqamətgahında öldürülməsi ilə bağlı bayanatlarını rədd edərək bildirib ki, o, Tehranın şimal-qərbində SEPAH-ın təhlükəsizlik məqsədilə zəbt etdiyi Sədabad kompleksində yerləşən Yaşıl Sarayda qətlə yetirilib. Bildirilib ki, sözügedən ərazidə yaşayan yerli sakinlər gecə saat 2-də partlayış səsini də eşitdiklərini bildiriblər. Qeyd olunub ki, İraq siyasətçisi İsmayıl Həniyənin “Mossad”a bağlı iranlıların əli ilə öldürülməsi fikrini istisna etməyib: “Bu, çətin deyil, çünki İsrail ötən illərdə İran daxilində çoxlu əməliyyatlar həyata keçirib”.(azpolitika.info) Rubrika.Az Geri qayıt |