Əsas Səhifə > Dünya > Ermənistan KTMT-nin daha bir təlimində iştirakdan imtina edib
Ermənistan KTMT-nin daha bir təlimində iştirakdan imtina edib6-08-2024, 10:26 |
|
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” təlimində iştirakdan imtina edib. Rubrika.Az xarici KİV-inə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. "Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb", - məlumatda bildirilib. Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində də iştirakdan imtina edib. Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxacağını açıqlasa da, bununla bağlı konkret tarix göstərməyib. Rubrika.az Geri qayıt |