Əsas Səhifə > Bölgə > Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu


19-08-2024, 14:00
Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Rubrika.az bildrir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

RUBRİKA.AZ
Geri qayıt