Əsas Səhifə > Araşdırma > Yəqin bu üfunətdən başçı xəbərsizdir... - GİLEY
Yəqin bu üfunətdən başçı xəbərsizdir... - GİLEY2-09-2024, 20:53 |
![]() Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində natəmizlik və antisanitariya vəziyyəti hökm sürür. Rubrika.az bildirir ki, bu barədə qəsəbəs sakinləri BAKU.WS-in "qaynar xətti"nə şikayət ediblər. Bildirilir ki, Zabrat qəsəbəsində, 1./ 550 saylı ats yanı adlanan ərazidə yaşayan sakinlər cana yığılıblar. "Bura bərbad gündədir. Üfunət qoxusundan dayanmaq olmur. Zibil yığanlar həftədə bir dəfə gəlirlər. Bezmişik, iydən qapıdan çölə çıxmaq olmur", - deyə sakinlər bildiriblər. Qeyd edilir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da, nəticə verməyib. Rubrika.az Geri qayıt |