Əsas Səhifə > Dünya > "İran Haniyənin qətlini cavabsız qoymayacaq" - Pezeşkian

"İran Haniyənin qətlini cavabsız qoymayacaq" - Pezeşkian


24-09-2024, 10:36
"İran Haniyənin qətlini cavabsız qoymayacaq" - Pezeşkian

İran Yaxın Şərqdə sabitliyi pozmağa çalışmır, lakin Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi cavabsız qalmayacaq.

Rubrika.Az ISNA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda jurnalistlərlə açıqlamasında deyib.

Pezeşkianın sözlərinə görə, Haniyənin qətli bütün beynəlxalq hüquq normalarına ziddir.

Rubrika.Az
Geri qayıt