Əsas Səhifə > Dünya > Gürcüstanda hüquqları pozulan müştərilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
Gürcüstanda hüquqları pozulan müştərilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb11-10-2024, 15:54 |
|
Gürcüstanda banklar tərəfindən hüquqları pozulan müştərilərə 2023-cü ilin dekabrından etibarən 100 min lari (təxminən 37,4 min dollar) məbləğində kompensasiya ödənilib. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının nümayəndəsi David Zuxbaya bildirib. “2023-cü ilin 1 dekabrından etibarən komissiya ölkə vətəndaşlarının təxminən 30 iddiasına baxıb və onların əksəriyyəti vətəndaşların xeyrinə təmin edilib”, - D.Zuxbaya deyib. Banklar 10 halda komissiyanın qərarından əvvəl müştərilərə ümumilikdə 57 min lari (21,1 min dollar) məbləğində vəsait geri qaytarıblar. Ümumi iddialardan 779-u pensiya kreditlərinə, 53 şikayət isə kredit faizlərinə aid olub. Rubrika.az Geri qayıt |