Əsas Səhifə > Dünya > Aİ Moldovaya qarşı sanksiyalar siyahısını genişləndirib
Aİ Moldovaya qarşı sanksiyalar siyahısını genişləndirib14-10-2024, 20:15 |
|
Avropa İttifaqı (Aİ) Şurası bu gün Moldovada sabitliyi pozan fəaliyyətə görə məsuliyyət daşıyan beş şəxs və bir təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. “Report” xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. "Aİ Moldova xalqının qanuni istəklərinə tam dəstək verməyə davam edəcək. Bugünkü sanksiya siyahıları Moldovanın sabitliyinə daha bir töhfədir", - o bildirib. Eyni zamanda J.Borrell Rusiyanı Moldovada sabitliyi pozmağa cəhddə ittiham edib. Bundan başqa, “Avrasiya” qeyri-hökumət təşkilatı, onun direktoru və təsisçisi Nelli Parutenkoya da sanksiya tətbiq edilib. Sanksiyaya məruz qalan şəxslər və təşkilatların aktivləri dondurulur. Fiziki şəxslərin Aİ-yə daxil olması qadağan olunur. Kommunikedə deyilir ki, bu rejim çərçivəsində məhdudlaşdırıcı tədbirlər ümumilikdə 16 şəxs və iki təşkilatı əhatə edir. Rubrika.Az Geri qayıt |