Əsas Səhifə > İdman > Millətlər Liqası: Azərbaycan Slovakiyaya uduzur (YENİLƏNİB)
Millətlər Liqası: Azərbaycan Slovakiyaya uduzur (YENİLƏNİB)14-10-2024, 20:32 |
|
Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiyanı qəbul edəcək. Rubrika.Az xəbər verir ki, C Liqasının 1-ci qrupunun oyunu saat 20:00-da başlayacaq. Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edəcək. Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək. Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub. Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib. UEFA Millətlər Liqası C Liqası I qrup, IV tur 14 oktyabr Azərbaycan - Slovakiya 0:1 Qol: Rahil Məmmədov, 15 (avtoqol). Azərbaycan: 1. Mehdi Cənnətov, 21. Qismət Alıyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 5. Anton Krivotsyuk, 20. Aleksey İsayev, 18. Ceyhun Nuriyev, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev. Ehtiyat oyunçular: 12. Aydın Bayramov (q), 23. Rza Cəfərov (q), 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Kökcü, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 14. Rüstam Əhmədzadə, 16. Vadim Abdullayev, 19, Xəyal Nəcəfov, 22. Abbas Hüseynov. Baş məşqçi: Fernandu Santuş. Slovakiya: 1. Marek Rodak, 16. David Hanko, 14. Milan Şkrinyar (k), 5. Lübomir Şatka, 2. Petar Pekarik,10. Lazslo Benes, 22. Stanislav Lobotka, 8. Ondrey Duda, 17. Lukaş Haraslin, 7. Tomaş Suslov, 15. David Streleç. Ehtiyat oyunçular: 12. Dominik Takaç (q), 23. Henrix Ravas (q), 3. Samuel Kozlovski, 4. Miçal Tomiç, 6. Norbert Qiomber, 9. Robert Bozenik, 11. Lubomir Tupta, 13. Patrik Hrosovski, 18. Leo Sauer, 19. Tomas Riqo, 20. David Duris, 21. Kristian Hers. Baş məşqçi: Francesco Calzona. Baş hakim: Roxit Saqqi (Norveç). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Rubrika.Az Geri qayıt |