Əsas Səhifə > Dünya > "Donald Tramp və Konqresin yeni tərkibi ilə bağlı Rusiyanın heç bir illüziyası yoxdur" - Rusiya XİN

"Donald Tramp və Konqresin yeni tərkibi ilə bağlı Rusiyanın heç bir illüziyası yoxdur" - Rusiya XİN


6-11-2024, 16:41
"Donald Tramp və Konqresin yeni tərkibi ilə bağlı Rusiyanın heç bir illüziyası yoxdur" - Rusiya XİN

Donald Tramp və Konqresin yeni tərkibi ilə bağlı Rusiyanın heç bir illüziyası yoxdur.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-dakı seçkilərləbağlı bəyanatında bildirilib.
Qeyd olunub ki, Amerika elitası partiya mənsubiyyətindən asılı olmayaraq, anti-Rusiya xəttini tutur.
"Rusiya ABŞ-ın yeni administrasiyası ilə işləyəcək, milli maraqları qətiyyətlə müdafiə edəcək və diqqətini xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmağa yönəldəcək. Bizim şərtlərimiz dəyişməzdir və bu şərtlər Vaşinqtonda yaxşı məlumdur”,deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.
O da vurğulanıb ki, Trampın ABŞ seçkilərində qələbəsi amerikalıların Baydenin hakimiyyətinin nəticələrindən və Demokrat Partiyasının proqramından narazılığını əks etdirir.(APA)

RUBRİKA.AZ
Geri qayıt