Əsas Səhifə > Dünya > Tramp çoxlu fərman verməklə "böyük səs-küy" yaratmaq niyyətindədir
Tramp çoxlu fərman verməklə "böyük səs-küy" yaratmaq niyyətindədir12-12-2024, 09:18 |
![]() ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp 20 yanvar 2025-ci ildə vəzifəyə başladığı gün 25-dən çox fərman və direktiv verməyi planlaşdırır. Məlumata görə, gələcək ABŞ lideri öz komandasına bildirib ki, 2016-2020-ci illərdəki ilk prezidentlik müddətinə nisbətən daha qısa müddətdə çoxlu fərman verməklə "böyük səs-küy" yaratmaq niyyətindədir. Agentlik xatırladır ki, hazırkı dövlət başçısı Co Bayden prezident vəzifəsinin ilk günündə 17 fərman imzalayıb və onların çoxu Tramp dövründə qəbul edilmiş müddəaların qüvvəsini dayandırıb. Rubrika.az Geri qayıt |