Əsas Səhifə > Dünya > Bəşər Əsəd Türkiyə nümayəndələri ilə danışıqlardan imtina edib

Bəşər Əsəd Türkiyə nümayəndələri ilə danışıqlardan imtina edib


17-12-2024, 15:30
Bəşər Əsəd Türkiyə nümayəndələri ilə danışıqlardan imtina edib

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Ankaranın görüş təşkil etmək üçün çoxsaylı cəhdlərinə baxmayaraq, Türkiyə nümayəndələri ilə danışıqlardan imtina edib.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Arabiya”ya müsahibəsində deyib.

O vurğulayıb ki, Ankara dəfələrlə Əsəddən üçüncü tərəflərin, o cümlədən İraqın vasitəçi qismində iştirakı ilə danışıqlar aparmağı xahiş edib.

Fidan əlavə edib ki, Türkiyə rəsmilərinin Suriyaya getmək cəhdləri olub, bununla bağlı şəxsən Dəməşqə müraciət ünvanlanıb, lakin Əsəd bütün təklifləri rədd edib.

Nazir eyni zamanda vurğulayıb ki, Ankara Suriyada müxalifətin Bəşər Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən əməliyyatında iştirak etməyib.

Rubrika.az
Geri qayıt