Əsas Səhifə > Dünya > Fırıldaqçılar nazirin səsi ilə camaata mesaj göndərirlər
Fırıldaqçılar nazirin səsi ilə camaata mesaj göndərirlər17-12-2024, 17:30 |
|
Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva rəsmi Facebook səhifəsində mühüm müraciət dərc edib. Rubrika.az xarici mediaya istinadla xəbər verir ki, buna səbəb fırıldaqçıların onun səsinin saxtalaşdırmasıdır. Nazir xalqa müraciətində bildirib: “Son vaxtlar naməlum şəxslərin süni intellektdən istifadə edərək mənim adımdan tanış və yad şəxslərə səsli mesajlar göndərməsi halları daha çox olur. Hər kəsdən xahiş edirəm ki, belə mesajlara məhəl qoymasın və naməlum nömrələri blok etsin. Bunlar fırıldaqçılardır, çox da inanmayın”, - deyə Aida Balayeva yazıb. Nazir hər kəsi ayıq olmağa və dələduzların hiylələrinə qapılmamağa çağırıb. Rubrika.az Geri qayıt |