Əsas Səhifə > Səhiyyə > “131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub“ - Vüqar Qurbanov

“131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub“ - Vüqar Qurbanov


23-12-2024, 16:22
“131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub“ - Vüqar Qurbanov

"2024-cü il 11 ayı ərzində daxil olmuş şikayətlərin araşdırılması istiqamətində tibb müəssisələrində 32 yerində yoxlama həyata keçirilib, aparılmış araşdırma aparılıb, 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub”.

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib.
O qeyd edib ki, tabeli tibb müəssisələrində tibbi və inzibati idarəetmənin fəaliyyətinin yoxlanılması istiqamətində 29 planlı, 7 növbədənkənar monitorinq həyata keçirilib:
“Aparılmış monitorinq nəticəsində aşkarlanmış nöqsanlara yol verən 57 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı yoxlanışlar da diqqətdən kənarda qalmayıb. 85 tibb müəssisəsində yerində yoxlamaların keçirilməsi və aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində müəssisələrə köməklik göstərilib”.

RUBRİKA.AZ
Geri qayıt