Əsas Səhifə > Aktual > Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu olub
Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu olub26-12-2024, 18:13 |
|
Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında futbolçu da olub. Runrika.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb Dünyasını dəyişən 13 yaşlı Məhəmmədəli Eqanov Bakının “Gənclik” klubunda çıxış edib. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb. Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda bir günlük matəm elan edilib. Rubrika.az Geri qayıt |