Əsas Səhifə > Dünya > Pentaqon AÇIQLADI: Ukraynaya yardım Baydendən sonra da davam edəcək
Pentaqon AÇIQLADI: Ukraynaya yardım Baydendən sonra da davam edəcək8-01-2025, 11:52 |
|
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya dəstəyin Co Baydenin prezidentlik dövründən sonra da davam edəcəyini gözlədiyini bildirib. RUBRİKA.AZ xəbər verir ki, bu bəyanat Ukraynanın hərbi ehtiyaclarının 2027-ci ilə qədər təmin olunmasını müzakirə etmək üçün 9 yanvarda keçiriləcək təmas qrupu toplantısı ərəfəsində verilib. Bununla yanaşı, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsini Co Baydenin siyasətinin “fiaskosu” adlandırıb. O, Baydenin əvəzinə “nə etdiyini bilən bir prezident” hakimiyyətdə olsaydı, bu münaqişənin baş verməyəcəyini vurğulayıb. ABŞ-ın Ukraynaya hərbi yardımı ilə bağlı qərarlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Gələcəkdə bu yardımların miqyası və istiqamətləri siyasi vəziyyətdən asılı olaraq formalaşacaq. RUBRİKA.AZ Geri qayıt |