Əsas Səhifə > İdman > Məşhur məşqçi Juninyonun "saqqızını oğurladı" - "Sevilya" ilə yox, bu klubla anlaşdı

Məşhur məşqçi Juninyonun "saqqızını oğurladı" - "Sevilya" ilə yox, bu klubla anlaşdı


8-01-2025, 21:02
Məşhur məşqçi Juninyonun "saqqızını oğurladı" - "Sevilya" ilə yox, bu klubla anlaşdı

"Qarabağ"ın futbolçusu Olavio Juninyo İspaniyanın "Sevilya" klubuna keçməkdən imtina edib.

RUBRİKA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, o, Braziliyanın "Flamenqo" klubu ilə anlaşıb.

Bu barədə Uol.com nəşri məlumat yayıb.

Bildirilib ki, Juninyonu "Flmaneqo"ya keçməyə komandanın məşhur məşqçisi Felipe Luis razı salıb. Braziliyalılar forvard üçün "Qarabağ"a 5 milyon avro ödəyəcək.

Juninyo isə "Sevilya"nın təklif etdiyindən 3 dəfə çox maaş alacaq.

Qeyd edək ki, Felipe Luis uzun illər "Atletiko" (Madrid) klubunda çıxış edib.

RUBRİKA.AZ
Geri qayıt