Əsas Səhifə > Dünya > Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı
Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı24-01-2025, 14:00 |
|
ABŞ-nin Kaliforniya ştatının hökuməti Los-Anceles dairəsində meşə yanğınları ilə mübarizə və onların nəticələrinin aradan qaldırılması üçün 2.5 milyard dollardan çox vəsait ayırıb. Rubrika.Az-in xəbərinə görə, bu barədə ştatın qubernatoru Qevin Nyusom "X" hesabında məlumat verib. "Mən Los-Anceles dairəsində meşə yanğınları ilə mübarizə aparmaq və bərpa işlərinə başlamaq üçün 2.5 milyard dollardan çox vəsait ayrılmasına dair iki sərəncam imzaladım", - deyə o paylaşımda bildirib. Qeyd edək ki, yanğın 12300-dən çox tikilini, o cümlədən də məşhurların mülklərini məhv edib. Son məlumatlara görə, yanğınlar nəticəsində 28 nəfər ölüb. Los-Anceles dairəsində baş verən yanğınların vurduğu iqtisadi ziyan isə 250 milyard dolları ötüb. Rubrika.Az Geri qayıt |