Əsas Səhifə > İstisadiyyat > Dünya İqtisadi Forumunun hesabatı: Azərbaycan üçün əsas risk süni intellektdir
Dünya İqtisadi Forumunun hesabatı: Azərbaycan üçün əsas risk süni intellektdir24-01-2025, 15:29 |
|
Dünya İqtisadi Forumu (WEF) ortamüddətli dövrdə əsas riskləri müəyyən edən bu il üçün qlobal risklər hesabatını dərc edib. Azərbaycanda risk kimi ilk növbədə süni intellektin inkişafını əsas göstərib. Rubrika.Az-in oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə WEF-in saytında dərc olunan hesabatdan aydın olub. Bildirilir ki, "Global Risks Report 2025" dünya üzrə 900-dən çox ekspertin qiymətləndirmələri əsasında hazırlanıb. Sənəddə dünya üçün üç risk növü təsvir edilib - cari və yaxın (2025-ci ildə), qısamüddətli və ortamüddətli (2027-ci ilə qədər), uzunmüddətli (2035-ci ilə qədər). Analitiklər dövlətlər arasındakı silahlı münaqişələri 2025-ci ildə dünya miqyasında əhəmiyyətli böhrana səbəb ola biləcək ən ehtimallı amillərdən biri hesab ediblər. Lakin 10 ildən sonra ən narahatedici risk iqlim dəyişikliyi olacaq. Rubrika.Az Geri qayıt |