Əsas Səhifə > Dünya > Trampın Ukrayna müharibəsini dayandırmaq planları bu konfransda açıqlanacaq
Trampın Ukrayna müharibəsini dayandırmaq planları bu konfransda açıqlanacaq5-02-2025, 16:45 |
|
ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keth Kelloq Münhen Təhlükəsizlik Konfransında Donald Trampın Ukraynadakı müharibəni bitirmək planlarından danışacağını açıqlayıb. "ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi kimi Münhen Konfransında iştirak edəcəyimi elan etməkdən məmnunam. Donald Trampın Ukraynadakı qanlı və bahalı müharibəyə son qoymaq istəyindən danışmaq fürsətini səbirsizliklə gözləyirəm. Mən Amerika müttəfiqləri ilə görüşəcək və onlarla əməkdaşlığa hazır olduğumuzu bildirəcəyəm”, – Kelloq sosial şəbəkə X-də yazıb. Rubrika.az bildirir ki, Münhen Təhlükəsizlik Konfransı 14-16 fevral tarixlərində baş tutacaq.(musavat.com) Rubrika.az Geri qayıt |