Əsas Səhifə > Cəmiyyət > Qobustanda narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinənlər tutulub
Qobustanda narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinənlər tutulub6-02-2025, 11:38 |
|
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə Ü.Musayev, E.Hüsüyev və A.Məmmədov saxlanılıb. Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Rubrika.az Geri qayıt |