Əsas Səhifə > İdman > Bu gün "Qalatasaray" - "Fənərbağça" oyunu keçiriləcək
Bu gün "Qalatasaray" - "Fənərbağça" oyunu keçiriləcək24-02-2025, 12:57 |
|
Futbol üzrə Türkiyə Superliqasında bu gün İstanbul derbisi keçiriləcək. XXIV turda "Qalatasaray" doğma meydanda "Fənərbağça"nı qəbul edəcək. Qarşılaşma "Rams Park"da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Komandalar Superliqa tarixində 135 dəfə üz-üzə gəliblər. Bunların 53-də qonaqlar, 38-də "sarı-qırmızılar" qalib gəlib, 44 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Qeyd edək ki, "Qalatasaray" 63 xalla liderdir. "Fənərbağça" 57 xalla ikinci pillədə qərarlaşıb. Rubrika.az Geri qayıt |