Əsas Səhifə > Dünya > Simonyan: "Ermənistan kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli formata qayıtmayacaq"

Simonyan: "Ermənistan kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli formata qayıtmayacaq"


25-03-2025, 20:30
Simonyan: "Ermənistan kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli formata qayıtmayacaq"

"Ermənistan Azərbaycan və Rusiya ilə kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli formata qayıtmaq fikrində deyil"...

Rubrika.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan brifinqdə deyib.
A.Simonyan Rusiyanın vasitəçiliyi ilə kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli əməkdaşlıq müstəvisinə qayıtmağın mümkün olub-olmaması barədə sualı cavablandırarkən deyib:
"Xeyr, belə bir məsələ müzakirə olunmur. Bunu haradan götürdüyünüzü bilmirəm. Rusiyanın kölgəsini hər şeydə görməyi dayandırın. Həm müsbət, həm də mənfi baxımdan. Bu mövzunu bağlayın".

Rubrika.az
Geri qayıt