Əsas Səhifə > Dünya > Son altı gündə Türkiyədə keçirilən aksiyalarda 1400-dən çox adam saxlanılıb
Son altı gündə Türkiyədə keçirilən aksiyalarda 1400-dən çox adam saxlanılıb25-03-2025, 21:32 |
|
Türkiyədə martın 19-dan 25-dək keçirilən etiraz aksiyalarında 1400-dən çox şəxs saxlanılıb... Rubrika.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. Qeyd olunub ki, indiyədək saxlanılan 979 şübhəli şəxsin 478-i məhkəmə qarşısına çıxarılacaq. O bildirib ki, küçələrdə terrorun törədilməsinə, milli-mənəvi dəyərlərə zərbə vurulmasına, polislərə hücum edilməsinə imkan verilməyəcək. Rubrika.Az Geri qayıt |