Əsas Səhifə > Dünya > Osman Nurməhəmmədov Bakıda keçirilməsi gözlənilən UFC-də döyüşməyə çağırıldı
Osman Nurməhəmmədov Bakıda keçirilməsi gözlənilən UFC-də döyüşməyə çağırıldı10-04-2025, 21:27 |
|
Rusiyalı MMA döyüşçüsü Petr Yan Osman Nurməhəmmədovu Bakıda keçirilməsi gözlənilən UFC-də döyüşməyə çağırıb. P.Yan şəxsi "Instagram" hesabında paylaşımında bildirib. "Gəl, Bakıda, ya da Əbu-Dabidə döyüşək. 5 raundla! Kəmər uğrunda döyüşmək istəyirəm. Hazırda ilk beşlik və onluqda qərarlaşmış, demək olar ki, hamı məşğuldur. Yarım il gözləməyə dəyməz. Ömər (Osmanın qardaşı - red.) formada deyil. Haydı, getdik!" Qeyd edək ki, rəsmi açıqlama verilməsə də, bu il 21 iyun tarixində Azərbaycanın UFC-də döyüş gecəsinə ev sahibliyi etməsi gözlənilir.(oxu.az) Rubrika.Az Geri qayıt |