Əsas Səhifə > Dünya > Böyük Britaniyada "dron qatilini" sınaqdan keçiriblər

Böyük Britaniyada "dron qatilini" sınaqdan keçiriblər


18-04-2025, 12:04
Böyük Britaniyada "dron qatilini" sınaqdan keçiriblər

Böyük Britaniya "dron qatili" adlandırılan yeni növ elektron silahın uğurla sınaqdan keçirildiyini elan edib.

Rubrika.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat verib.

"RapidDestroyer" mikrodalğalı öyrənmə prinsipinə əsaslanır. Cihaz çox sayda dronu sıradan çıxarmağa qadirdir.

"RapidDestroyer" radiotezliyə yönəldilmiş enerji silahı kimi təqdim olunur. Sınaqlar zamanı Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, hər biri səkkiz pilotsuz təyyarədən ibarət iki qrupu məhv etmək mümkün olub. Ümumilikdə, sınaqlar zamanı 100-dən çox pilotsuz uçan aparat (PUA) zərərsizləşdirilib.

"Dron qatili" Fransanın "Thales" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən hazırlanıb. Yeni silah yük maşını ilə bir yerdən başqa yerə daşına bilər. Onun istifadəsi üçün çoxlu enerjinin tələb olunduğu bildirilir.

Rubrika.az
Geri qayıt