Əsas Səhifə > Dünya > İranla “Avropa üçlüyü“ görüşü olacaq - Türkiyədə

İranla “Avropa üçlüyü“ görüşü olacaq - Türkiyədə


14-05-2025, 13:10
İranla “Avropa üçlüyü“ görüşü olacaq - Türkiyədə

İran və "Avropa üçlüyü" (Almaniya, Böyük Britaniya və Fransa) arasında Əhatəli Razılaşma Müqaviləsi Planı üzrə mayın 16-da Türkiyənin İstanbul şəhərində məsləhətləşmə keçiriləcək.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Tehran rəsmiləri gələn cümə günü İstanbulda Avropa tərəfləri ilə 2015-ci ilin iyulunda İslam Respublikası ilə "altılıq" (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) arasında imzalanmış nüvə sazişi üzrə danışıqlar keçirəcəklər.

Bu məsləhətləşmələr yaxın günlərdə keçiriləcək ABŞ-İran birbaşa olmayan görüşünün beşinci raundu başlamazdan əvvəl saziş üzrə öz mövqelərini möhkəmləndirməyə çalışdığı bir vaxtda reallaşacaq.(report.az)

Rubrika.az
Geri qayıt