Əsas Səhifə > Dünya > Makronu “axmaq” adlandırdı – Fransalı siyasətçidən sərt tənqid

Makronu “axmaq” adlandırdı – Fransalı siyasətçidən sərt tənqid


19-05-2025, 10:37
Makronu “axmaq” adlandırdı – Fransalı siyasətçidən sərt tənqid

Fransanın tanınmış siyasətçisi Floriаn Filippо Prezident Emmanuel Makronu sərt şəkildə tənqid edib.

Filippо bu barədə Albaniyada keçirilən Avropa Siyasi Birliyi sammitindən sonra sosial şəbəkə “X”də paylaşım edib. O, Makronun tədbirdəki davranışını “uyğunsuz və utandırıcı” adlandırıb.

“Və təxmin edin kimdir orada özündən razı bir axmaq kimi iki baş barmağını qaldırıb, ağılsız təbəssümlə poza verən?!” – deyə Filippо yazıb.

Siyasətçinin bu ifadəsi Fransada geniş rezonansa səbəb olub və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.(musavat.com)

Rubrika.az
Geri qayıt