Əsas Səhifə > Bölgə > Şamaxı camaatının kisəsindən gedən İŞIQLI ADAM... RUHUN ŞAD OLSUN

Şamaxı camaatının kisəsindən gedən İŞIQLI ADAM... RUHUN ŞAD OLSUN


6-06-2025, 11:13
Şamaxı camaatının kisəsindən gedən İŞIQLI ADAM... RUHUN ŞAD OLSUN

Bu dünyadan daha bir ziya, işıq azaldı. Bizim kainatımızı işıqlandıran işıqlı, ziyalı, mənəvi zənginliyi olan insanlardır. Onlar azaldıqca, dünyamızın da qaranlığı genişlənir. Çünki tarix heç də hər dövranda, hər zəmanədə qiymətli insanlar yetişdirmir. Onlar əsrdə bir olur, sonra öz zəkası, işığı ilə uzun müddət dünyanı aydınlandırır.
Şamaxı şəhərinin hörmətli ağsaqqallarından olan Qulam Neymətov da belə bir dəyərli şəxsiyyətlərdən idi. Dahilər yetişdirən Şamaxının sonuncu mogikanlarından biri, şəhərin nüfuzlu ziyalısı iyunun 5-də aramızdan, eldən-obadan getdi. Qulam Neymətov Şamaxıda sevilən, sözü eşidilən, dünyagörmüş, təcrübəli insanlardan biri idi. O, uzun müddət Şamaxının maliyyə idarəsinə rəhbərlik etmişdi. Təxminən 40 ilə yaxın dövr ərzində Qulan Neymətov maliyyə rəisi vəzifəsində çalışıb və qüsursuz xidmət göstərib. Onun bioqrafiyası, karyerası, bütün fəaliyyəti kristal, nöqsansızdır. Ona görə də mərhum Qulam Neymətova peşəkar mütəxəssis kimi ciddi etimad göstərilirdi.
Eyni zamanda, mərhum Şamaxıda təkcə maliyyə idarəsinin rəhbəri kimi deyil, həm də bir ziyalı olaraq qiymətli insan idi. Odur ki, hal hazırda onunla vida mərasimində böyük izdiham var , demək olar ki,bütün Şamaxı ictimaiyyəti dəfn mərasimində iştirak etmək , Qulam müəllimi haqq dünyasına yola salmaq üçün bir yerə yığılır. Çünki Qulam Neymətov həqiqətən də Şamaxı camaatının kisəsindən getdi...
Mərhumun yaxınlarına başsağlığı verir, Allahdan rəhmət diləyirik. Yeri behişt olsun, qəbri nurla dolsun!


Geri qayıt