Əsas Səhifə > Dünya > İsrail Qəzzadakı qaçqın düşərgəsini bombaladı - Xeyli sayda dinc insan ölüb və yaralanıb

İsrail Qəzzadakı qaçqın düşərgəsini bombaladı - Xeyli sayda dinc insan ölüb və yaralanıb


30-06-2025, 12:57
İsrail Qəzzadakı qaçqın düşərgəsini bombaladı - Xeyli sayda dinc insan ölüb və yaralanıb

İsrail ordusu Qəzzadakı Cəbəliyyə qaçqın düşərgəsini bombalayıb.

Rubrika.az Türkiyə mediasına xəbər verir ki, soyqrımçı ordunun dinc insanlara hücumu nəticəsində azı 18 nəfər qətlə yetirilib, onlarla insan yaralanıb.
Məlumatda bildirilir ki, işğalçılar məcburi köçkünlərin sığındığı məktəb binasına artilleriya atəşi açıb.
Bundan əvvəl də Qəzzanın cənub-şərqindəki Həyy Zeytun və Həyy ət-Tuffəh bölgələrinin atəşə tutulması nəticəsində daha 4 fələstinli həlak olub.
Səhər saatlarından etibarən Fələstin Dövlətinin ərazisində İsrail ordusunun hava hücumları və top atəşləri nəticəsində ümumilikdə 68 nəfər həlak olub.

Rubrika.az
Geri qayıt