Əsas Səhifə > Gündəm > Əli Əsədov MÜHÜM QƏRAR imzaladı

Əli Əsədov MÜHÜM QƏRAR imzaladı


14-07-2025, 19:07
Əli Əsədov MÜHÜM QƏRAR imzaladı

Nazirlər Kabineti “2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” 4 oktyabr 2023-cü il tarixli qərarında dəyişiklik edib.

Rubrika.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Dövlət Statistika Komitəsi kənd təsərrüfatının siyahıyaalınması başa çatdıqdan sonra bu məqsəd üçün alınmış planşet tipli kompüterlərin Elm və Təhsil Nazirliyi ilə yanaşı ölkənin şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin (hər birinə bir ədəd olmaqla) balansına verilməsi məqsədilə qanunvericiliyə uyğun zəruri tədbirlər görəcək.

Rubrika.Az
Geri qayıt