Əsas Səhifə > Dünya > Tramp Avropa liderləri ilə görüşdən İMTİNA ETDİ: Zelenski ilə təkbətək DANIŞACAQ

Tramp Avropa liderləri ilə görüşdən İMTİNA ETDİ: Zelenski ilə təkbətək DANIŞACAQ


18-08-2025, 10:13
Tramp Avropa liderləri ilə görüşdən İMTİNA ETDİ: Zelenski ilə təkbətək DANIŞACAQ

ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə ümumi görüşdən imtina edib. O, Ukrayna prezidenti Volodimir Zelenski ilə yalnız təkbətək formatda danışıqlar aparacaq.

Rubrika.Az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Nəşr yazır ki, tərəflərin görüşünə yalnız bundan sonra Aİ və NATO nümayəndələri qoşulacaqlar. Daha sonra birgə işçi nahar və geniş müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Rubrika.Az
Geri qayıt