Əsas Səhifə > Manşet > Erməniyə "dağ çəkən" yollar - Saleh Məmmədov Qarabağda möcüzələr yaradır: 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir

Erməniyə "dağ çəkən" yollar - Saleh Məmmədov Qarabağda möcüzələr yaradır: 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir


18-08-2025, 14:23
Erməniyə "dağ çəkən" yollar - Saleh Məmmədov Qarabağda möcüzələr yaradır: 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir

... Bəli, zaman o zaman idi ki, bəziləri Azərbaycanın bir kəndi belə işğaldan azad edə bilməyəcəyinə inanırdı. O şərəfli gün gəldi və qüddətli Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğala son qoydu. Sonra bəziləri yenə danışmağa başladılar, hanı Xocalı, hanı Xankəndi?
O möhtəşəm gün də gəldi, qalib Ordumuz bu dəfə 23 saata işğaldan sonra qalan separatçı tör-töküntüləri təmizlədi, terrorçular bir sutkaya təslim oldular. Və çox keçmədi ki, tərkisilah oldular, bir qədər sonra onlar da getdi, yiyələri rus "sülhməramlıları" da...

Erməniyə "dağ çəkən" yollar - Saleh Məmmədov Qarabağda möcüzələr yaradır: 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir

Buyurun, bu möhtəşəm, azad, rus və ermənisiz gözəl Qarabağa şüşə kimi bir yolla səfər edirik. O hamar, müasir standartlara uyğun, hətta Avropada olmayan belə ideal asfaltla şütüyürük - ilk növbədə qəhrəman Ordumuzun, şəhidlərimizin, qazilərimizin, Ali Baş komandanın, daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) gördüyü ləyaqətli iş sayəsində...

Erməniyə "dağ çəkən" yollar - Saleh Məmmədov Qarabağda möcüzələr yaradır: 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir

Bəli, 1992-ci ildə mənfur düşmən Şuşanı işğal edəndə bu faktı "Dağlarda toy" adlandırmışdı. Gün gəldi, ədalət yerini tapdı, işğalçılara dağlarda "toy tutuldu". İndi isə işğalçı-separatçı-terrorçu qüvvələr dağların o başından, sərhədin digər üzündən Şuşa-Laçın-Xankəndi yoluna həsrətlə baxıb köks ötürürlər.

Erməniyə "dağ çəkən" yollar - Saleh Məmmədov Qarabağda möcüzələr yaradır: 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir

Biz isə xalq olaraq möhtəşəm Şuşa-Laçın yolundan keçərək azad Qarabağı, Xankəndini gəzirik. Cənab prezident İlham Əliyevin göstərişilə , təkcə Şuşa-Laçın yolu deyil, Kəlbəcər istiqamətində, həmçinin digər azad edilən ərazilərimizdə nəhəng yolsalma işləri, AAYDA sədri Saleh Məmmədovun rəhbərliyi altında böyük infrastruktur layihələri həyata keçirilir. Həqiqətən də bu layihələr kifayət qədər keyfiyyətli, səviyyəli gerçəkləşib.

Erməniyə "dağ çəkən" yollar - Saleh Məmmədov Qarabağda möcüzələr yaradır: 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir

Bu da AAYDA mütəxəsisslərinin, onun zəhmətkeş əməkdaşlarının əməyinin nəticəsidir. Və ən əsası Şuşa-Laçın-Xankəndi yolunda, o cümlədən başqa ərazilərdə yolların çəkilməsini məhz torpağın əsl sahibləri həyata keçirir. Və bunu sidq-ürəklə edirlər. Çünki bizim vətəndir. Əgər ermənilər Qarabağı öz yurdu hesab etsəydi, 30 illik işğal dövründə normal bir yol çəkər, yenidənqurma işləri həyata keçirərdilər. Amma Azərbaycan dövlət rəhbərliyinin tapşırıqları əsasında, sədr Saleh Məmmədovun nəzarəti altında AAYDA Qarabağ yollarında möcüzələr yaradır, biz isə ürəkaçan, fəxr edilməli bu mənzərələrə şahid oluruq. Həqiqətən qürur duyduq, həm azad ərazilərə qovuşmaqla, həm bu müddət ərzində görülən nəhəng projelərin icrası ilə.

Erməniyə "dağ çəkən" yollar - Saleh Məmmədov Qarabağda möcüzələr yaradır: 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir

Hazırda onu da deməliyik ki, Şuşa-Laçın yolundan əlavə, bizi daha bir möhtəşəm yol gözləyir. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağdərə rayonunun Ortakənd–Dəmirlər və Həsənriz kənd avtomobil yollarında yenidənqurma işləri aparılmaqdadır. Həmçinin Kəlbəcərdə böyük tikinti, yol çəkilişi gedir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov
ümumi uzunluğu 82 km olan Toğanalı–Kəlbəcər–
İstisu avtomobil yolunun tikintisi və yol üzərində inşa edilən, dünyanın ən uzun avtomobil tunellərindən biri hesab olunan Murovdağ tunelində həmçinin Kəlbəcər şəhər daxili yollarında aparılan işlərlə tanış olub.

Erməniyə "dağ çəkən" yollar - Saleh Məmmədov Qarabağda möcüzələr yaradır: 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir

İdarə Heyətinin sədri Saleh Məmmədov tikinti işlərinə baxış zamanı layihənin vaxtında və keyfiyyətlə tamamlanması ilə bağlı tövsiyə və tapşırıqlarını verib. Yəni cənab Saleh Məmmədov şəxsən özü bu işlərə nəzarət edir ki, hər hansı nöqsan olmasın. Əksinə, həm də bir mütəxəssis kimi tövsiyələrini verir.
Saleh Məmmədov özü də jurnalistlərə deyib ki,
azad olunan ərazilərdə 2025-ci ilin ortalarında qeyd olunan layihələrin 80-90%-i tamamlanacaq.

Erməniyə "dağ çəkən" yollar - Saleh Məmmədov Qarabağda möcüzələr yaradır: 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir

Onu da qeyd edək ki, 2020-2024 cü illərdə Azərbaycanın işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir.

Erməniyə "dağ çəkən" yollar - Saleh Məmmədov Qarabağda möcüzələr yaradır: 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir


Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt