Əsas Səhifə > Dünya > Türkiyədən Netanyahunun “erməni soyqırımı” bəyanatına SƏRT REAKSİYA
Türkiyədən Netanyahunun “erməni soyqırımı” bəyanatına SƏRT REAKSİYA28-08-2025, 11:36 |
|
Türkiyə İsrail baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələrinə dair qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı açıqlamasına sərt reaksiya verib. Rubrika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir: "Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmişin ağrılı səhifələrindən siyasi məqsədlər üçün istifadə cəhdidir. Fələstin xalqına qarşı törədilən cinayətlərdə roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin əməllərini ört-basdır etməyə çalışır. Biz tarixi və hüquqi faktlara uyğun olmayan bu bəyanatı qətiyyətlə qınayır və rədd edirik". Rubrika.Az Geri qayıt |