Əsas Səhifə > Araşdırma > SON DƏQİQƏ! 6 bal gücündə zəlzələ oldu - Ölənlərin sayı 600-ü ötdü
SON DƏQİQƏ! 6 bal gücündə zəlzələ oldu - Ölənlərin sayı 600-ü ötdü1-09-2025, 12:21 |
|
Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 622-ə çatıb, 1000-dən çox insan yaralanıb. *** Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, avqustun 31-də Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudada zəlzələ baş verib. Rubrika.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabaddan 50 kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar nəticəsində bölgədə genişmiqyaslı dağıntılar yaranıb. Hindquş dağları bölgəsində 250-dən çox insan həyatını itirib, 500-dən çox insan yaralanıb. Məlumata görə, Cəlalabadda bir yaşayış binasının dam örtüyünün uçması nəticəsində iki uşaq ölüb. Hazırda xilasetmə işləri davam etdirilir, ölənlərin sayının artacağı istisna edilmir. Rubrika.Az Geri qayıt |