Əsas Səhifə > Təhsil > Əməkdar müəllim Pərviz Yəhyalı: İndi təhsil naziri qarşısında 50 mikrafon, önündə 50 kamera deyir ki, dərsliklərimiz bərbad yox ee, ziyanlıdır...

Əməkdar müəllim Pərviz Yəhyalı: İndi təhsil naziri qarşısında 50 mikrafon, önündə 50 kamera deyir ki, dərsliklərimiz bərbad yox ee, ziyanlıdır...


16-09-2025, 07:15
Əməkdar müəllim Pərviz Yəhyalı: İndi təhsil naziri  qarşısında 50 mikrafon, önündə 50 kamera deyir ki, dərsliklərimiz bərbad yox ee, ziyanlıdır...

Dəfələrlə məni dinləyən auditoriyaya demiş, kütləvi infarmasiya vasitələrində, sosial media vasitəsilə bəyan etmişəm ki, ölkə vətəndaşı yaşayış yeri qeydiyyatından asılı olmayaraq poliklinika xidmətinə müraciət etməsinə yaradılan mane yolverilməzdir. Məsələn Qazaxdan hər hansı məqsəd üçün Bakıya gələn Azərbaycan Respublikası vətəndaşı səhətində baş verən problemlə əlaqədar ən yaxınlıqdakı dövlət tibb müəssisəsinə müraciət etməsində yaradılan süni sədd anlaşılan deyil. Nəhayət adiyyatı orqanlar müvafiq addımı atıb, qadağanı aradan götürdü. Əsaslı narazılığa görə dediyimiz, yazdığımız həllini tapması yaxşı haldı. Təəssüf ki, o etiraz səsimizə görə az qala “xalq düşməni” elan olunmağımıza heç kəs, təbii ki səlahiyyətli cavabdehlərdən münasibət bildirmədi. İnsanlara illərlə əziyyət verənlərdən heç biri yanlış addımlarına görə üzr istəmədi.
Səlahiyyətli məmur vətəndaşlara Şuşaya getmək üçün limit tətbiq edəndə bu ağılsız qərara etiraz etdik. Düşünülməmiş qərar ləğv edildi. Amma üzrxahlıq deyilən bir şeyi həmin səlahiyyət sahibindən eştdiyimiz olmadı.
İllərlə rəsmi və ya qeyri-rəsmi tribunalardan son 15 ildə ümumtəhsil məktəbləri üçün yazılan dərsliklərin bərbad,ziyanlı olması barədə həyəcan təbli çaldıq. Müvafiq nazirlik emisarlarının tənqidinə tuş gəldik. Hətta “çiçəklənməni” görmək istəmədiyimizə görə “qaraguruh” adlandıq. İndi təhsil naziri qarşısında 50 mikrafon, önündə 50 kamera deyir ki, dərsliklərimiz bərbad yox ee, ziyanlıdır. Amma yenə yetiklilər vaxtı ilə dediyimiz iradlara görə heç olmasa bu gün “düz deyirdiz” demirlər.
Hansısa ağıllı strateq Xankəndində toxunulmaz statusda saxlanılan erməniləri rədd etmək lazımdır fikrimizə görə bizi burnun ucundan o tərəfi görməyən adlandırdı.
Ay başına dönüm, birincisi Xankəndində yaşayan hər bir erməninin 30 ildə əli azərbaycanlı qanına boyandığını uşaqdan böyüyə hamı bilir. Orada cinayətkar olmayan, dinc azərbaycanlılara güllə atmayan, uşaq, yaşlı, qadın bilməyib vəhşiliklə qətl törətməyən bir nəfər də olsa erməni olmayıb. Bu şərəfsizləri Azərbaycan qanunları ilə mühakimə edib, cəzalarını vermək əvəzinə xüsusi imtiyazlarla azadlıqda saxlamaq hansı məntiqə sığır?
Bilmirəm onlar 150 ya 200 nəfərdir. Lap olsun 10 erməni. İşləyirlər? Yox! Bəs niyə mən vergi ödəyən vətəndaşın vergisindən formalaşan dövlət büdcəsindən bu şarlatanlar yemlənməlidir. Əgər təqaüd yaşındadırlarsa, hansı haqqla bu cinayətkarlara, müftəxorlara təqaüd verilir.
Biz bu fikiri səsləndirəndə ağır çəkili strateqlərin hansısa siyasətindən danışanlar gördümü ki, yanlışı düşünən özləridir.
Azərbaycan polisi yaralanır, bir alçaq erməni şərəfsizin əməlinə görə. Polisimiz həlak ola bilərdi və ya silahlı basqını baş tutsaydı onlara soydaşımız terror qurbanı olardı.
Yeri gəlmişkən indi, bu məqamda dediyim ya eşitməzliyə vurulacaq, ya da naməlum zamana qədər kimsə cəzalanmayacaq.
Məlumdur ki, pratokol qaydalarına uyğun ölkə başçısının ölkədaxili səfərləri qabaqcadan geniş ictimayyətə açıqlanmır. Yalnız səfər başa çatdıqdan sonra prezident admistrasiyasının rəsmi xəbərlərinə istinadən kiv-lər səfər və ya tədbirlər haqqında geniş reportajlar verir.
Fikrimcə ölkə prezidentinin Xankəndinə səfərini qabaqcadan bilən erməni terrorçusu törədəcəyi terror aktının vaxtını təsadüfən seçməmişdir. Bax bu situasiyada məsuliyyəti kim daşıyır, ölkə rəhbərinin səfər marşurutu haqqında məlumat necə sızıb, avanesdi, karandi nə alçaqdı bilmirəm, amma bu iblisin addımı heç də özbaşına atdığına inanmaq sadəlövlük olardı.

Pərviz Yəhyalı
Əməkdar müəllim



Geri qayıt