Əsas Səhifə > Gündəm > İlham Əliyev "Qarabağ"ı təbrik etdi - FOTO

İlham Əliyev "Qarabağ"ı təbrik etdi - FOTO


2-10-2025, 08:41
İlham Əliyev "Qarabağ"ı təbrik etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində Danimarka çempionu “Kopenhagen” üzərində inamlı qələbə qazanan “Qarabağ” futbol klubunu təbrik edib.

Rubrika.Az xəbər verir ki, dövlət başçısı qeyd edib:

“Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm. Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.

İlham Əliyev "Qarabağ"ı təbrik etdi - FOTO

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının II turunda Bakıda “Kopenhagen”i 2:0 hesabı ilə məğlub edib. İlk qolu 28-ci dəqiqədə Abdullah Zubir, ikinci qolu isə 83-cü dəqiqədə Emmanuel Addai vurub.

Rubrika.Az
Geri qayıt