Əsas Səhifə > Gündəm > Ramiz Mehdiyevlə Südeyif İmamverdiyevi nə birləşdirir? - İki həmyaşıd , eyni düşüncə, eyni fikir...

Ramiz Mehdiyevlə Südeyif İmamverdiyevi nə birləşdirir? - İki həmyaşıd , eyni düşüncə, eyni fikir...


19-10-2025, 11:09
Ramiz Mehdiyevlə Südeyif İmamverdiyevi nə birləşdirir? - İki həmyaşıd , eyni düşüncə, eyni fikir...

Allah gərək adamın birinci ağlını başından almasın. Adamın da ağlı başından getdisə, ondan hər bir şey gözləmək olar. Məsələn, baxın Ramiz Mehdiyevə. 87 yaşı var. Amma ağlını itirib. Əgər itirməsəydi, 1938-ci il təvəllüdlü adam 2025-ci ildə çevriliş həvəsinə düşməzdi. Ancaq o təkdirmi? – Əsla!

Onunla düz eyni yaşda olan tibb elmləri doktoru, keçmiş deputat Südeyf İmamverdiyevə baxın. İkisi də 1938-ci il təvəllüddür, aralarında ay fərqi var, amma bu ahıl yaşda düşüncələrində çox də böyük fərq yoxdur. Deyəsən, Südeyf İmamverdiyev də Ramiz Mehdiyev kimi “şaltay-baltay” vurur.
Adama deyərlər ki, 87 yaşın var, otur evində, çayını iç, arada televizoru açıb xəbərlərə bax. Yox, gərək 87 yaşında bilib bilmədiyini danışasan.
Görəsən adam 87 yaşına çatanda niyə belə olur? Yəni Ramiz Mehdiyev də, Südeyf İmamverdiyev də mediada son günlərin “qəhrəmanına” çevriliblər. Biri çevriliş eşqindədir, digəri isə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovu istefaya çağırır.
İki ahıl elm adamları ömrünün bu yaşında gəlib dəyişiklik arzusundadırlar. Halbuki onlar üçün bu dünyada bir dəyişiklik ola bilər, bunu da biz arzulamırıq, Allah verən ömürdür. Sadəcə, qaxıl otur evində və bu yaşda belə işlərə qarışma, ay Südeyf müəllim!
Misal üçün İmamverdiyev müsahibəsində deyir ki, “TƏBİB-in rəhbəri Vüqar Qurbanov eşitsin: Bu, bizi hörmətdən salır. O adam yerində deyil. Düşüncəsi səhvdir. Xalqına olan münasibətdə qüsur var".
S.İmamverdiyev bəlkə də yaşının bu vaxtında yaddaşsızlıqdan TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovu bir dönəmdə çalışdığı keçmiş səhiyyə naziri Əli İnsanovla ,mərhum səhiyyə naziri Oqtay Şirəliyevlə qarışdırıb. Çünki xalqa ögey münasibət, vətəndaşlara laqeydlik, onları kabinetində qəbul etməmək, rayonlarda görüşlər keçirməmək vaxtında söz deyə bilmədiyi nazirlərə məxsus hərəkətlər idi. O zamanlar isə Südeyif İmamverdiyevin ,,çıkkırığı" belə çıxmazdı...
Vüqar Qurbanov isə hər həftə qəbullar keçirir, vətəndaşların şikayət və müraciətinə baxır, bölgələrdə görüşləri olur, insanları yerindəcə dinləyir, problemini həll edir. Etiraf da edək ki, Vüqar Qurbanov tənqidlərə də hər zaman açıq olub,hörmətlə yanaşıb. Əlbəttə qarşı tərəf haqqlı , ədalətli olarsa...
Ardınca İmamverdiyev qeyd edir ki, “artıq səhiyyə müəssisələrinə gələnlərə xəstə kimi yox, bankomat kimi, yəni maliyyə mənbəyi kimi baxılır. Əgər hər kəsin dünyada olduğu kimi tibbi sığorta kartı (yaşıl kart) olsa və tibb işçilərinin maaşı vahid tarif cədvəlinə görə verilsə, sığortadan asılı olmasa, belə acınacaqlı vəziyyət yaranmaz”.
Bu ağsaqqal professor bilmək olmur ki, Brejnevin, yoxsa Xruşşovun dövründə qalıb. Böyük ehtimalla orada ilişib qalıb və Ramiz Mehdiyev kimi köhnə nomenklatura adamı olaraq keçmişdən qopa bilməyib. Çünki Südeyif müəllim bilməliydi ki, xəstəxanalarda onun devrində olduğu kimi pul alınmır, ona görə pasientə bankomat kimi baxmağa ehtiyac yoxdur. Onun ya xəbəri yoxdur, ya da cənab prezident İlham Əliyevin qərarı və dəstəyi ilə həyata keçirilən icbari tibbi sığortanın verdiyi imkanları sabotaj edir. Bu gün artıq əksər sahələr üzrə vətəndaşlar icbari tibbi sığortadan yararlanır. İcbari suğorta vətəndaşlarımız üçün müqayisəsiz və əvəzsiz lahiyyədir. Bu gün yüz minlərlə insanın asan müayinə və müalicə üçün üz tutduğu ünvandır. Şəhid ailələlərimizin, qazilərimizin sığındığı ünvandlr.
Daha İmamverdiyev cavan və orta yaşlarında olduğu dövrdəki kimi, ağ xalatlıların cibinə üçdən-beşdən qoymurlar. Yəni gəlirsən xəstəxanaya, insan kimi qarşılayırlar, TƏBİB əməkdaşları qeydiyyata alır, qəbz verir və növbəni gözləyirsən. Ondan sonra həkim qəbulunda olursan, problemini danışırsan, müalicəni yazır.
Eyni zamanda da, bu gün icbari tibbi sığortadan istifadə etməklə istər ürək, istər digər əməliyyatları pulsuz həyata keçirirlər. Bildiyim qədər 3300 dən yuxarı xidmətmətlərdən faydalanmaq olur ki, bu da Mehriban xanım Əliyevanın səhiyyə siyasətinin uğuru kimi qəbul olunur. Südeyif müəllim, deyəsən aparılan bu islahatlardan bixəbər yaşayır. Əgər zərurət varsa, özü də yaxınlaşa və xəstəxanaların birində vəziyyətlə tanış ola bilər ki, Vüqar Qurbanovun TƏBİB-ə rəhbərliyi altında son illərdə hansı inqilabi müsbət dəyişikliklər edilib. Ay-hay, kişinin elə bil dünyadan xəbəri yoxdur...
Nə deyəsən, elə həmyaşıdı Ramiz Mehdiyev də bağında oturub bağ belə, bostan elə deyib Moskvadakı özü yaşda köhnə dostlarına sovet vaxtının məktublarından yazırmış ki, kömək edin, məni hakimiyyətə gətirin. İndi Vüqar Qurbanovu ərizəsini yazıb işdən çıxmağa çağıran Südeyif İmamverdiyev də deyəsən, sabiq PA rəhbəri kimi hakimiyyət eşqinə düşüb.
Ümumiyyətlə, professor müsahibəsində aləmi qatıb-qarışdırıb, üz-gözünə bulaşdırıb. Axı indi hansı zəmanədir, hamı çox gözəl bilir və özü də şahiddir ki, TƏBİB tərəfindən icbari tibbi sığortanın genişlənməsi, daha da təkmilləşməsi üçün hansı işlər görülür, beynəlxalq təcrübə davamlı olaraq öyrənilir və tətbiq olunur.
Müsahibəsində İmamverdiyev bir replikaya da üz tutur: “Otto Bismark bilsəydi ki, TƏBİB tibbi sığortanı belə yarıtmaz vəziyyətə salacaq, o zaman başına bir yekə daş vurardı”.
Bismarkın başına yekə daş vuracağını proqnozlaşdıra bilmərik, amma Hippokrat bilsəydi ki, insanın 87 yaşa çatanda beynində nə kimi proseslər və funksiyalar baş verir, ya nəhəng bir araşdırmalara başlayardı, hətta İmamverdiyevin beynindən eksperiment kimi istifadə edərdi, ya da “Bəyin oğurlanması” filmində Mirzə Babayevin dediyi kimi, “o daşı götürüb vurasan-vurasan İsrafilin başına...”
Bütün hallarda, biz hörmətli professorun tibbi sığorta ilə bağlı görülən işlərlə yenidən tanış olmasını istərdik. Əgər o indiyədək olan fərqi görməməzlikdən gəlirsə , neyləyək...Həmçinin orada həkim çatışmazlığı və digər məsələlər haqda dediklərinə dair elə özünün təkliflər irəli sürməsini istərdik. Görək çıxış yolu kimi nə göstərir. Ancaq TƏBİB-in gördüyü işləri yerə vurmaq, rəhbərliyin əməyini danmaq, istefaya çağırmaq və professora yaraşmayan bir leksikonda, həkim peşəsindən uzaq tərzdə başa daş yağdırmaq insafsızlıq oldu...

Rubrika.Az
Nicat Mahmudov

Geri qayıt