Əsas Səhifə > RubrikaTV Video > "Haber Global" İlham Əliyevin Qazaxıstana rəsmi səfəri ilə bağlı videosüjet hazırlayıb
"Haber Global" İlham Əliyevin Qazaxıstana rəsmi səfəri ilə bağlı videosüjet hazırlayıb21-10-2025, 19:33 |
|
"Haber Global" Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri ilə bağlı videosüjet hazırlayıb. Süjetdə Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərə diqqət yönəldilib. Videoda iki ölkə liderlərinin bəyanatlarına yer verilib və ikitərəfli münasibətlərin inkişaf perspektivləri qiymətləndirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Prezidentinin güclü liderlik keyfiyyətlərini yüksək qiymətləndirməsi xüsusi vurğulanıb. Həmçinin görüş zamanı liderlər arasında baş tutan 8 avqust Vaşinqton Konsensusunun müzakirəsinə də toxunulub. "Azərbaycan lideri Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna kimi açıla biləcəyini nəzərə çatdırdı", - deyə videoda bildirilib. Bundan əlavə, İlham Əliyev və Kasım-Jomart Tokayevin birlikdə qatıldıqları "Orta dəhlizin inkişafı" (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) adlı birgə layihənin təqdimatı da önə çıxarılan mövzulardan olub.(oxu.az) Daha ətraflı videosüjetdə: Rubrika.Az Geri qayıt |