Əsas Səhifə > Dünya > Maduronun sayılı günləri qalıb – ABŞ prezidenti
Maduronun sayılı günləri qalıb – ABŞ prezidenti3-11-2025, 11:53 |
![]() Nikolas Maduronun Venesuela prezidenti kimi sayılı günləri qalıb. Rubrika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CBS News-a verdiyi müsahibədə deyib. O, aparıcının Maduronun Venesuela rəhbəri kimi günlərinin sayılı olub-olmadığı ilə bağlı sualına cavab olaraq deyib: "Mən deyərdim ki, bəli, mən də belə düşünürəm". Tramp Venesuelaya zərbə endirmək planlarını təkzib, yaxud təsdiq etmədən, ABŞ-ın bu ölkə ilə müharibəyə hazırlaşmadığını bildirib. “Cerald Ford” təyyarədaşıyan gəmisinin Karib dənizinə yerləşdirilməsi fonunda ABŞ-ın Venesuela ilə müharibəyə hazırlaşması barədə suala prezident belə cavab verib: "Şübhə edirəm. Düşünmürəm". Lakin jurnalist Venesuela ərazisinə mümkün zərbələr barədə xəbərlərin doğruluğu barədə soruşduqda, Tramp sualdan yayınıb: "Bunu sizə deməyəcəyəm. Bunun doğru olub-olmadığını demirəm. Zərbə vurub-vurmayacağımı müxbirlə müzakirə etmirəm." Rubrika.az Geri qayıt |