Əsas Səhifə > Gündəm > Uitkoff: Prezident Əliyev dövlətçilik liderliyinin nümunəsidir...

Uitkoff: Prezident Əliyev dövlətçilik liderliyinin nümunəsidir...


7-11-2025, 10:13
Uitkoff: Prezident Əliyev dövlətçilik liderliyinin nümunəsidir...

Trampın xüsusi nümayəndəsi: Əliyev ordusunun gücündən istifadə edərək öz torpaqlarını azad etdi...

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Azərbaycan prezidenti İlham Əliyevi “dövlətçilik liderliyinin parlaq nümunəsi” adlandırıb. O, bu barədə ABŞ administrasiyasının Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətindəki səylərini şərh edərkən danışıb.

“Prezident Əliyevin çox daha güclü ordusu var və o, fürsətdən istifadə edərək öz torpaqlarını işğaldan azad ediərək geri qaytardı”, deyə Uitkoff bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, bu, liderlik baxımından həm prinsipial, həm də uzaqgörən qərar idi.

ABŞ rəsmisi qeyd edib ki, 8 avqustda Oval kabinetdə keçirilən görüş zamanı Donald Tramp Azərbaycan prezidentinə “Niyə dayandınız? Qələbə qazandınız, böyük ordunuz var” sualı ilə müraciət edib. İlham Əliyev isə buna cavab olaraq deyib: “Bizdən alınanı geri qaytardım. Daha artığına ehtiyac yoxdur”.

Uitkoff vurğulayıb ki, bu cavab “heyrətamiz bir qərarın” göstəricisidir və prezident Əliyevin rasional, balanslı və məsuliyyətli yanaşmasını əks etdirir. O əlavə edib ki, məhz belə qərarlar regionda sülhün və sabitliyin bərpası üçün əsas şərtdir.(poliqon)

Rubrika.az
Geri qayıt