Əsas Səhifə > Araşdırma > Tramp Ağ Evdə daha iki prezidentə sülh müqaviləsi imzalatdıracaq

Tramp Ağ Evdə daha iki prezidentə sülh müqaviləsi imzalatdıracaq


Bu gün, 12:47
Tramp Ağ Evdə daha iki prezidentə sülh müqaviləsi imzalatdıracaq

Konqo Demokratik Respublikası (KDR) Prezidenti Feliks Tşisekedi və Ruanda Prezidenti Pol Kaqame noyabrın 2-də Ağ Evdə iki ölkə arasında sülh müqaviləsi imzalayacaqlar.

Rubrika.Az xəbər verir ki, məlumatı Ağ Evin mətbuat katibi Kerolin Levitt müntəzəm mətbuat brifinqində açıqlayı: "Cümə axşamı günü Prezident Donald Tramp öz vasitəçiliyi ilə tarixi sülh və iqtisadi müqaviləni imzalamaq üçün Ruanda Respublikası və Konqo Demokratik Respublikası prezidentlərini qəbul edəcək".

Qeyd edək ki, ABŞ və Qətərin vasitəçiliyi ilə KDR və Ruandanın xarici işlər nazirləri 27 iyunda Vaşinqtonda sülh müqaviləsi imzalayıblar. Razılığa gəlinib ki, razılaşma KDR və Ruanda prezidentləri arasında Vaşinqtonda keçiriləcək gələcək görüşdən sonra tam şəkildə həyata keçirilsin. Konqo tərəfi daha sonra sammitin yalnız KDR ilə 23 Mart Hərəkatının (M23) üsyançıları arasında sülh prosesi başa çatdıqdan sonra baş tutacağına dair şərt irəli sürüb. KDR hökuməti M23 qüvvələrinin Ruandadan birbaşa dəstək aldığına əmindir.

19 iyulda Dohada Qətərin vasitəçiliyi ilə Konqo hakimiyyəti və üsyançıların nümayəndə heyətləri Konqo Demokratik Respublikasının şərqindəki vəziyyətin həlli üçün prinsiplər bəyannaməsi imzalayıblar. Noyabrın ortalarında Dohada da bu nümayəndə heyətləri ölkənin şərqindəki münaqişənin sülh yolu ilə həlli üçün çərçivə sazişi imzalayıblar.

Rubrika.Az
Geri qayıt