Əsas Səhifə > Mədəniyyət > Filipp Kirkorov axtarışa verildi
Filipp Kirkorov axtarışa verildi16-12-2025, 10:19 |
|
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rusiyalı müğənni Filipp Kirkorovu axtarışa verib. Rublika.az xəbər verir ki, sənətçi hələ oktyabrın 30-da qurumun məlumat bazasına daxil edilib, lakin bu informasiya yalnız bu gün ictimaiyyətə açıqlanıb. UTX Filipp Kirkorova qondarma “LNR”, “DNR”, eləcə də Zaporojye və Xerson ərazilərinə giriş-çıxış qaydalarını pozmaq ittihamı irəli sürür və bunu “Ukraynanın milli maraqlarına zərər vurmaq” kimi qiymətləndirir. Oktyabrın 28-də Ukrayna Baş Prokurorluğunun Ofisi Filipp Kirkorov barəsində qiyabi ittiham irəli sürüldüyünü bəyan edib. Rublika.az Geri qayıt |