Əsas Səhifə > Manşet > KASIBIN, FƏQİRİN DƏRDİNƏ DƏRMANDI TƏBİB, ALLAH NƏ GÖZƏL ƏHDİNƏ PEYMANDI TƏBİB

KASIBIN, FƏQİRİN DƏRDİNƏ DƏRMANDI TƏBİB, ALLAH NƏ GÖZƏL ƏHDİNƏ PEYMANDI TƏBİB


18-12-2025, 21:43
KASIBIN, FƏQİRİN DƏRDİNƏ DƏRMANDI TƏBİB, ALLAH NƏ GÖZƏL ƏHDİNƏ PEYMANDI TƏBİB

Əyyami qədimdən, dünya bina olandan görmüşdük ki, həkim adamın nəbzin ölçər, dilinə baxar,qan alar, laap axırda da pul alar. Bu yazılmamış qanun idi, pulun yox idisə sənin xəstəxanada nə ölümün var, yıxıl evində öl də. Hamı da işini bilirdi, pulu çox olan gəlirdi xəstəxanaya, az olan üz tuturdu irana-turana, heç olmayan da qohum-qardaşla halallaşırdı.
Səhiyyə sistemində pulun açmadığı qapı,həll etmədiyi müşkül yox idi. Kim necə istəyirdi eləcə də işləyirdi,yaşayırdı...
Bir gün dedilər ki, özü xəstə olan, daxildən çürüyüb metastaz verən bu sistemi sağaltmaq üçün bir TƏBİB gəlir. Özü də nə pula yaxın durur, nə daydaya,nə də tapşırığa. İnanmadıq, dedik yəqin xalatını tərs geyinib, cibləri içəridə qalıb. Bu necə TƏBİBdir ki, pul almasın, xəstənin cibinə baxıb müalicə eləməsin.
Nuh dedilər,peyğəmbər demədilər. Dedilər bu TƏBİB siz görənlərdən deyil. Hamıya bir gözlə baxır.
TƏBİB gəldi nə gəldi. Axar pullar axmaz oldu, görən gözlər baxmaz oldu. Hamı müftə müsəlləm dədəsinin malıymış kimi xəstəxanalara üz tutdu, müalicə olundu, sağaldı. Gördük ki, pulsuz da müayinə-müalicə olunmaq olarmış, həkim də xəstənin əlinə yox halına baxarmış. Özü də bunları xəyal etmək, arzulamaq yox, reallaşdırmaq da mümkünmüş. Sadəcə bir az vətənpərvər olmaq, dünyaya,insanlığa xalatının cibindən yox, vicdanının gözüylə baxmaq lazımmış.
TƏBİB Azərbaycan səhiyyəsini sağaltmağı bacardı. Amma bəzilərinin "ah necə kef çəkməli əyyam idi" xülyasını sağalda bilmədi. Səhiyyə sistemini korrupsiya yuvasına çevirən, bataqlığa döndərənlər üçün TƏBİB əzrail qiyafəsində peyda olub. Az qala xəstələrə "Xəstə,özünü sən də bir insanmı sanırsan, Axmaq kişi,sağalmağı asanmı sanırsan" məntiqiylə yanaşanlar üçün TƏBİBin formalaşdırdığı şəffaflıq ən arzuolunmaz haldır. O səbəbdən hər vasitə ilə TƏBİBə böhtan atmağa,ləkə vurmağa çalışırlar. Sanki xəstəliklə TƏBİBin mübarizəsi gedir.
Amma xalqın dərdlərinə TƏBİB olanlara atılan daşlar elə onları atanların başına düşəcək.
Böyük dramaturq Axundov sağ olsaydı, bizim salamatlığımız və səhhətimiz haqqında o ki var sidq-ürəkdən bir tragikkomediya yazardı. Yazardı və dünənimizlə bu günümüzü bir tərəziyə qoyardı, halımıza gülərdi. Deyərdi ki, ay binəvalar, sizin keçmişdə sağlamlığınız əldən gedibmiş, diri ölülər olmusunuz. Çünki bizim əvvəlki səhiyyə sistemimiz qanqrena vermişdi. Qanqrena isə müalicə olunmur, gərək kəsib atasan. Ona görə o dövrün İbrahim Xəlil Kimyagər kimilərini birdəfəlik kənarlaşdırmaqla Azərbaycan səhiyyəsi komadan sanki ayıldı. Amma reanimasiya vəziyyətində olan səhiyyəni sağaltmaq, reabilitasiya etmək asan deyildi: sağlam adama pensiya alması üçün saxta tibbi arayış verən həkimlərdən tutmuş, xəstə ayağı qoyub sağlamını amputasiya edən cərrahlara qədər miskin, dələduz, cəllad doktorlar doluşmuşdu səhiyyəmizə. Bu da yuxarıda qeyd etdiyim kimi Sabirin dili ilə desək, "Ax, necə kef çəkməli əyyam idi..."
Yəni səhiyyə rüşvətxor, tamahkar, xalqın sağlamlığını düşünməyənlərin əlində əsir-yesir qalmışdı. Ona görə də TƏBİB yarananda qarşısında çox ağır bir məsuliyyət var idi. Çünki xirtdəyə qədər yığılmış problemlərin həlli bir günün işi deyildi. Hətta buna inanmayanlar da var idi. Ona görə TƏBİB səhiyyəni ölü vəziyyətdən çıxarıb özünə gətirməliydi. Bunun üçün koma halından ayılmaq yetərli deyildi, görüləcək o qədər iş varıydı ki, onun altından çıxmaq hər oğulun işi deyildi.



Əvvəla, məhv olmuş inamı bərpa etmək ən çətin mərhələydi. İctimai rəyin dəfn etdiyi səhiyyəmizin imicini düzəltmək TƏBİB rəhbərliyinə asan başa gəlmədi. Hamının illərlə görməyə öyrəşdiyi ağxalatlı rüşvətxorlar, bazara çevrilmiş xəstəxanalar, şəraitsiz, intizamsız səhiyyə ocaqları, yarıtmaz və laqeyd idarəçilik, xaos və özbaşınalıq cəmiyyətin Azərbaycan səhiyyəsinə inamını öldürmüşdü. Odur ki, əhali qonşu ölkələrin klinikalarına axışırdı. Bu reallıq qarşısında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və onun komandasını çox əziyyətli iş gözləyirdi: inamı bərpa etmək, xəstəxanalarda idarəçiliyi sahmana salmaq, vətəndaşların qonşu ölkələrə üz tutmasındansa yerli xəstəxanalara gəlməsini müraciət etməsini təşkil etmək. Bütün bunlar köhnə idarəetmənin buraxdığı fəsadlar idi. Sanki səhiyyənin üstündən tank keçmişdi və əzik-əzik idi. Bu da Ramiz Mehdiyevsayağı idarəetmənin nəticəsi idi. TƏBİB isə zamanla, aparılan islahatlarla və aramla bu xəstə sistemi sağaltmağa başladı. Və bugünkü səhiyyə sistemi Prezidentin dəstəyi və etimadı sayəsində Vüqar Qurbanovun rəhbərliyi ilə qurulan bir idarəçilikdir. Bəs deyə bilərsiniz fərq nədədir? Bunu görməmək üçün gərək Saramaqonun "Görmək" və "Korluq" dilogiyasını oxuyasan. Ya da bəsirət gözlərin tutulsun. Onda oftalmoloq və ya göz cərrahı da kömək edə bilməz ki, həqiqəti görə bilməyəsən.
Ancaq Azərbaycanı sevməyənlərin gözü çıxsın və diqqətlə baxsınlar ki, TƏBİB gəldiyi dövrdən nələr dəyişib - rüşvət yığışıb, pul alanlar dərhal cəzalandırılır, icbari tibbi sığorta saat kimi işləyir, sahəsi hər il genişlənir, xəstəxanalar qəssabxana olmaqdan çıxıb, idarəçilikdə nizam-intizam yaradılıb, kimsə şikayət edə bilməz ki, onu saatlarla növbədə saxlayırlar, pul istəyirlər, ya da həkim laqeyd yanaşır. Bu tülkü kimyagərların dövrü keçmişdə qaldı. İndi şəffaflıq qaçılmazdır. Heç vətəndaşı süründürməyə, rüşvət istəməyə ehtiyac da yoxdur. Bu gün icbari tibbi sığorta həkimlərimizin əmək haqlarını kifayət qədər yüksək qiymətləndirir. Bundan əlavə, məvacibi yüksələn həkim özünə yaraşdırmır ki, xəstədən pul istəsin. Yəni keçmişin bütün çirkinliklərini Vüqar Qurbanov və komandası darmadağın etdi və səhiyyəmizdə yeni dönəm başladı. Sözün əsl mənasında TƏBİB vətəndaşlara bir təbib oldu. Eyni zamanda, qazilərə, şəhid ailələrinə xüsusi qayğı öz yerindədir. Xəstəxanalarda istənilən həkim otağının qarşısında elan vurulub və qazilərə, şəhid ailələrinə növbəsiz qəbul olduğu anons verilib. Bir sözlə, bütün bu insani keyfiyyətlər, tibbi xidmətin yüksəldilməsi səhiyyəmizdə pisliklərdən, rüşvət xəstəliyindən qurtuluş üçün hesablanıb. Ona görə də belə yerdə şair deyir ki...


KASIBIN ,FƏQİRİN DƏRDİNƏ DƏRMANDI TƏBİB
ALLAH NƏ GÖZƏL ,ƏHDİNƏ PEYMANDI TƏBİB!

Devr o devir deyil ,arada pul oynamayır
Həkimə nə ehtiyac ,rüşvət dəxi. almayır
Xəstə də xəstəliyin heç ürəyinə salmayır
Kasıbın fəqirin dərdinə dərmandı TƏBİB
ALLAH nə gözəl əhdinə PEYMANDI TƏBİB

Gündə bir yenilik xidməti məkan açılır
Fəqirin ruhunu oxşar , neçə güman açılır
Xəstə getmir uzağa ,bəlli ünvan açılır
Kasıbın fəqirin dərdinə həyandı TƏBİB
ALLAH nə gözəl ,dövrü GÜLÜSTANDI TƏBİB!

Gəldilər hey üstünə , qaraguhu gah məmuru
Qoydular məclisə Allah, Vüqarı gah Zauru
Şərlədilər ,şər atdılar həyasızlar abırsızlar
Həzm edə bilmədilər , kasıba həyandı TƏBİB
Allah nə gözəl, Sahibi zamandı TƏBİB!

Bitirib təhsilini, iş tapa bilmirdi, həkim
Bulanıb rüşvətə hey,dil qısa dinmirdi həkim
Özündən utanıb,üz qara ,gülmürdü həkim
Bitdi əlbət acı günlər, son qoydu TƏBİB
Çarəsizə , kimsəsizə ,həyan oldu TƏBİB


Yox ümüd yox bir inam həyatı dönüb virana
Gedirdi xəstə olan gah İrana gah Turana
Düşürdü xərcə fəqir ,and içərəm mən Qurana
Şükür Allah, çox şükür, qibleyi imandı TƏBİB
Xəstənin son güvəni , şəfayi dərmandı TƏBİB

Can həkimi can alardı ,cərrahının ,,tası " betər
Diri ikən ölmüş kasıb , ölüsünün yası betər
Səbr etdi, fəqət ,gəldi Təbib, şükür Xüda zülüm bitər
Çatdı imdadımıza həzrəti Hızırdı Təbib
Dərdlinin dərdinə məlhəm, hər zaman hazırdı TƏBİB

Kasıb qağa, yox pul para, ümüdlər də qapanırdı
Pulsuzluqdan, evdə ata övladından utanırdı
Çarəsizdi, ümüdsüzdi, türkəçarə axtarırdı
İnsanlığın son ümüdü,son pənahı oldu Təbib
Prezidentin öz xalqına ,ərmağanı oldu Təbib

TƏBİBİM hörmət edir,şəhid olan ailələrə
Növbəsiz Qazi keçir, bütün olan növbələrə
Əhvi yox ,rüşvətin əsla ,deyilən tövbələrə
Sözü düz ,əməli düz haqqına fərmandı TƏBİB
Allah nə gözəl əhdinə peymandı TƏBİB

Təxribatdır, hiyləgərin pis niyyəti pis hiyləsi
Xalqın gözü tərəzidir, haqq-ədalət tərəzisi
Yazdı Təbib öz tarixin zəfərlərin tam zirvəsi
44 günlük Zəfər günün yaddaşında qaldı Təbib
Zirvələrdən zirvələrə öz tarixin yazdı Təbib

Nicat Mahmudov

Geri qayıt