Əsas Səhifə > Cəmiyyət > Karantin rejiminin müddəti uzadıldı
Karantin rejiminin müddəti uzadıldı19-12-2025, 21:22 |
|
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Rublika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 yanvar 2026-ci ilədək müddəti əhatə edirdi. Rublika.az Geri qayıt |