Əsas Səhifə > Dünya > Tramp: “Kuba çökməyə hazırdır, gəliri yoxdur”

Tramp: “Kuba çökməyə hazırdır, gəliri yoxdur”


5-01-2026, 14:56
Tramp: “Kuba çökməyə hazırdır, gəliri yoxdur”

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Kuba hökuməti gəlir mənbələrinin olmaması səbəbindən çökməyə yaxındır.

Rublika.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ lideri bu barədə Florida ştatının Vest Palm Biç şəhərindən Vaşinqtona gedərkən təyyarədə jurnalistlərə bildirib.

Tramp deyib: "Düşünürəm ki, Kubanın çökməyə hazır olduğunu görürsünüz. Kuba çökməyə hazır görünür. Bilmirəm necə dayanacaqlar, ya da dayanacaqlar. Əvvəllər bütün gəlirini Venesuela neftindən əldə edirdi, indi isə artıq heç nə almır. Kuba sözün əsl mənasında çökməyə hazırdır".

ABŞ-nin Kubaya qarşı mümkün hərbi əməliyyatları barədə suala Vaşinqton administrasiyasının rəhbəri belə cavab verdi: "Düşünürəm ki, bu, sadəcə olaraq yıxılacaq. Düşünmürəm ki, bizə bir tədbir görmək lazım olacaq; görünür, sadəcə olaraq yıxılacaq".

Rublika.az
Geri qayıt